Məhəmməd Salahın türkiyəli aktrisa ilə görüntüləri yayıldı - Fotolar
“Liverpul”un ulduzu Məhəmməd Salahın məşhur türkiyəli aktrisa ilə görüntüləri yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, futbolçu tətil üçün Türkiyəni seçib.
Həmin vaxt Bodrumda istirahətdə olan aktrisa Hande Doğandemir Salahla qarşılaşıb. Aktrisa həmin anı ölümsüzləşdirərək futbolçu ilə şəkil çəkdirib.
Qeyd edək ki, ulduz futbolçu ötən gün Bodrumda şam yeməyinə ödədiyi pulla gündəmə gəlib. Belə ki, o, 7 dostu ilə birgə yediyi şam yeməyi üçün 60 min türk lirəsi (2,5 min manatdan çox) ödəyib.
Banu
Fotoda: Hande Doğandemir və Məhəmməd Salah
Fotolarda: Hande Doğandemir