Pirə gedən 2 qardaş və əmiləri öldü - Qobustanda faciə

Qobustan rayonunun Poladlı kəndində 3 nəfər çayda boğulub.

Aug 24, 2025 - 20:16
Pirə gedən 2 qardaş və əmiləri öldü - Qobustanda faciə

SAVASHMEDİA.az xəbər verir ki, rayonun Ərəbqədim kənd sakinləri – 1992-ci il təvəllüdlü Rahib Cavadlı və qardaşı uşaqları 2010-cu il təvəllüd Eyyub Cavadlı və 2007-ci il təvəllüdlü Teyyub Cavadlı pirə ziyarətə gediblər.

Eyyub Cavadlı ayağının sürüşməsi nəticəsində Pirsaat çayına düşüb. Onu xilas etmək istəyən əmisi və qardaşı da çayda boğulublar.

Faktla bağlı araşdırma aparılır.