Mask iranlı səfirlə görüşdü 

Tramp administrasiyasında təmsil olunması gözlənilən amerikalı milyarder İlon Mask iki ölkə arasında gərginliyi azaltmaq məqsədilə İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ilə görüşüb.

Nov 15, 2024 - 13:26
Mask iranlı səfirlə görüşdü 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) iki iranlı məmura istinadən məlumat yayıb.
 
Nəşr yazır ki, Mask və İrəvani arasında gizli məkanda keçirilmiş görüş bir saatdan çox davam edib. Adının çəkilməsini istəməyən iranlı nümayəndələr danışıqları “müsbət” və “yaxşı xəbər” kimi qiymətləndiriblər.

NYT qeyd edir ki, Trampla İran arasında münasibətlərin gərgin olmasına baxmayaraq, İranın yüksək rütbəli rəsmisi ilə Maskın ilk görüşü yeni administrasiyas dövründə Tehran və Vaşinqton arasında münasibətlərin tonunun dəyişməsi ehtimalını artırır.

Bu görüşü “şəxsi” adlandıran Tramp komandası şərh verməkdən imtina edib. Mask özü də nəşrin sorğusuna cavab verməyib.

Xatirə SADİQ