Narkoloji Dispanserin baş həkimi vəfat etdi
Sumqayıt Narkoloji Dispanserin baş həkimi Mehdiyev Kamil Əmirxan oğlu vəfat edib.
SAVASHMEDİA.az-ın məlumatına görə, Qarabağ müharibəsi əlili olan Kamil Mehdiyev 2000-ci ildən Sumqayıt Narkoloji Dispanserə rəhbərlik edirdi.
Qeyd edək ki, baş həkim uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. (Unikal)