Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı - AZAL təyyarəsinə görə
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edilib.
SAVASHMEDİA.az-ın məlumatına görə, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin səfir Rəhman Mustafayevlə görüşündə Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olmasını diqqətə çatdırıb.
“Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması mövzusu müzakirə edilərkən faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılması və onun nəticələrinin dərc edilməsinin zəruriliyi vurğulanıb. Son vaxtlar Azərbaycan mətbuatında Rusiya əleyhinə olan bir sıra materiallar, o cümlədən Bakıda “Rus Evi”nə qarşı aparılan kampaniya ilə bağlı çaşqınlıq ifadə olunub”, - məlumatda deyilir.
Oğuz