“Ukrayna, Avropa və ABŞ birgə işləyir” - NATO-nun baş katibi
“Təminatlarımız elə olmalıdır ki, Moskvada oturan Putin heç vaxt Ukraynaya yenidən hücum etmək fikrinə düşməsin”.
SAVASHMEDİA.az “Mi-Ukraina”ya istinadən xəbər verir ki, bunu Kiyevdə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Mark Rutte deyib.
“Mühüm odur ki, Ukrayna, Avropa və ABŞ birgə işləyir. Və biz təhlükəsizlik təminatlarından danışırıq. Biz razılığa gəlmişik ki, iki komponent olacaq: birincisi, sülh sazişinin yaradılması, yaxud atəşkəs və ya ikisinin uzlaşması. Ona görə də birinci təbəqə Ukrayna Silahlı Qüvvələrinin maksimum gücləndirilməsi üçün olacaq. Belə ki, onlar istənilən çətinliyə tab gətirə bilsinlər. İkinci təbəqə ABŞ və Avropanın təqdim edəcəyidir. Bunun üzərində biz işləyirik”, - deyə Rutte vurğulayıb.
Xatirə SADİQ