Zelenski gün ərzində Tramp komandasına dəfələrlə zəng edib - Səbəb

Ukrayna lideri Volodimir Zelenski bildirib ki, gün ərzində ABŞ Prezidenti Donald Trampın komandası ilə müxtəlif səviyyələrdə ən intensiv iş davam etdirilib.

Mar 8, 2025 - 02:47
Zelenski gün ərzində Tramp komandasına dəfələrlə zəng edib - Səbəb

SAVASHMEDİA.az xəbər verir ki, Ukrayna lideri bu barədə "Telegram" kanalında məlumat yayımlayıb.

“Çoxlu zənglər var - mövzu aydındır: mümkün qədər tez sülh, mümkün qədər etibarlı təhlükəsizlik. Ukrayna mümkün olan ən konstruktiv əhval-ruhiyyədədir" - Zelenski deyib.

Siyasətçi əlavə edib ki, Ukrayna mümkün qədər tez sülhə hazırdır və münaqişənin həlli üçün konkret addımlar təklif edir.