Oğlundan Arif Babayevin səhhəti ilə bağlı son dəqiqə AÇIQLAMASI
Xalq artisti, professor Arif Babayevin səhhəti stabilləşib.
SAVASHMEDİA.az xəbər verir ki, u barədə APA-ya sənətkarın oğlu Yaşar Babayev məlumat verib.
O bildirib ki, atasının həyati təhlükəsi aradan qalxıb və səhhətində müsbət doğru dəyişiklik müşahidə olunur.
“Hazırda reanimasiyadadır, lakin vəziyyəti əvvəlkindən daha yaxşıdır”, – deyə Yaşar Babayev qeyd edib.
Qeyd edək ki, xalq artisti bu gün axşam saatlarında Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub.