Mask dövlət katibi ilə mübahisə etdi - İşə Tramp qarışdı

ABŞ Dövlət Katibi Marko Rubio və Nəqliyyat Katibi Şon Daffi ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskla mübahisə edib.

Mar 8, 2025 - 03:30
Mask dövlət katibi ilə mübahisə etdi - İşə Tramp qarışdı

Bu barədə "The New York Times2 (NYT) məlumat yayıb.

Nəşrin məlumatına görə, Rubio və Daffi hökumətin iclasında amerikalı biznesmeni yalan danışmaqda ittiham ediblər. Mask da öz növbədində rəsmiləri tənqid edib. O, dövlət katibi Rubionu tabeliyində olan heç kəsi işdən çıxarmamaqda ittiham edib. Sahibkarın sözlərinə görə, yeganə işdən çıxarılan şəxs DOGE əməkdaşı olub.

Mübahisə zamanı ABŞ Prezidenti Donald Tramp işə qarışaraq Rubionu müdafiə edib. Mask həmçinin nəqliyyat katibi Daffiyə Federal Aviasiya Administrasiyasının avadanlıqlarının vəziyyəti ilə bağlı məsləhətlər verib. Ticarət naziri Hovard Lutnik iş adamını dəstəkləyib. (teleqraf)