“Rusiya konstruktiv xarici siyasət yürüdür” – Putin
“Rusiya öz milli maraqlarını nəzərə alaraq konstruktiv xarici siyasət yürüdür”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə xarici ölkələrin səfirlərinə etimadnamələrin təqdim edilməsi mərasimində deyib.
O, qeyd edib ki, Moskva xarici əlaqələri qlobal tendensiyalara uyğun inkişaf etdirir.
“Rusiya beynəlxalq həyatda fəal iştirak edir. Ölkəmizə gəlincə, o, bərabərlik və daxili işlərə qarışmama prinsipləri əsasında qarşılıqlı faydalı əməkdaşlığa açıqdır”, - deyə Putin bildirib.
Putin ölkəsinin xarici siyasətinin səmərəliliyinə nümunə kimi Kazanda keçirilən BRİKS sammitini göstərib. Onun sözlərinə görə, Moskva təşkilatın sədri vəzifəsinə məsuliyyətlə yanaşıb.
“İl ərzində biznes, parlament və ictimai dairələr xətti ilə ən yüksək, nazir və ekspert səviyyələrində 200-dən çox tədbir keçirilib”, - deyə o, əlavə edib.
Xatırladaq ki, Rusiya iki il öncə Ukraynaya hücum edib və genişmiqyaslı müharibə nəticəsində qonşu ölkənin torpaqlarını işğal edib.
Xatirə SADİQ