Xarici aviaşirkətlər Rusiyaya uçmaq istəmir - “The Moscow Times”

Qroznı səmasında vurulan təyyarə ilə əlaqədar xarici aviaşirkətlər Rusiya üzərindən uçuşları dayandırmağa başlayıb.

Dec 27, 2024 - 15:51
Xarici aviaşirkətlər Rusiyaya uçmaq istəmir - “The Moscow Times”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri yazıb. 

Məlumatda bildirilib ki, Azərbaycanın ardınca Qazaxıstanın “Qazaq Air” aviaşirkəti də Astanadan Yekaterinburqa uçuşları dayandırdığını açıqlayıb. Bu il dekabrın 28-dən 2025-ci il yanvarın 27-dək reyslər yerinə yetirilməyəcək.

“Uçuşların dayandırılması sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Rusiyaya uçuşların risklərinin davamlı qiymətləndirilməsinin nəticələrinə əsasən həyata keçirilib”, - deyə aviaşirkətin açıqlamasında bildirilir. Eyni zamanda məlum olub ki, şirkət Omsk və Novosibirskə uçuşları davam etdirəcək.

Dekabrın 26-da İsrailin “El Al” milli aviadaşıyıcısı Rusiya hava məkanında baş verən hadisələrə görə Moskvaya uçuşları bir həftəlik dayandırdığını elan edib.

Nəşr AZAL-dakı mənbəyə istinadən yazıb ki, təyyarə qəzasından sonra pilotlar Rusiyaya uçmaq istəmir. “Ruslar nəinki təyyarəmizi vurdular, həm də onun ən yaxın aerodromlarına enməsinə icazə vermədilər. Hər halda bu, indi pilot cameəsində əsas versiyadır. Bunun təkrar olunmayacağına təminat haradadır? Heç kim risk etmək istəmir”, - deyə nəşrin mənbələrindən biri vurğulayıb. 

Xatirə SADİQ