"İsrail zərbələri dayandırsın, danışaq" - İran XİN

“Heç kəsin İrandan təmkinli olmasını istəməyə haqqı yoxdur”.

Jun 14, 2025 - 23:57
"İsrail zərbələri dayandırsın, danışaq" - İran XİN

Bu sözləri İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

"Özünümüdafiə adı altında İsrailə raket hücumumuz tamamilə qanunidir, buna görə də, heç kəsin İrandan təmkinli olmasını istəməyə haqqı yoxdur", - diplomat qeyd edib.

XİN başçısının müavininin sözlərinə görə, İsrailin hücumları sona çatarsa, danışıqlar masasına qayıtmaq ehtimalı var. (apa)