Rusiyaya dəzgah tədarükü dayandırıldı – Tayvan İqtisadiyyat Nazirliyi

Tayvan avadanlıqların hərbi məqsədlər üçün istifadə imkanları ilə bağlı ixrac nəzarəti qaydalarının sərtləşdirilməsindən sonra Rusiyaya dəzgah tədarükünü dayandırıb. 

Nov 5, 2024 - 17:45
Rusiyaya dəzgah tədarükü dayandırıldı – Tayvan İqtisadiyyat Nazirliyi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Taiwan News”a istinadən “Amerikanın səsi” məlumat yayıb. 

Britaniya Kral Birləşmiş Xidmətləri Müdafiə Araşdırmaları İnstitutunun və ABŞ-nin “Open Source Centre”in məruzəsinin dərcindən sonra Tayvanın İqtisadiyyat Nazirliyi bəyanatla çıxış etməli olub. Çünki həmin məruzədə Tayvanın adı Rusiya üçün dəzgah tədarükçüsü kimi vurğulanıb. 

İqtisadiyyat Nazirliyi dəzgahların Rusiyaya ixracını dayandırmaq üçün tədbirlər görüb. Sanksiyaların ilk dəfə pozulmasına görə cərimə də nəzərəçarpacaq dərəcədə artırılıb. İndi bu, bir milyon Tayvan dolları (təxminən 31 310 ABŞ dolları) təşkil edir. Nazirlik hesab edir ki, bu tədbirlər artıq müsbət nəticə verib. 

Xatirə SADİQ