Xameneinin cənazəsi xüsusi reyslə İrandan çıxarıldı - DETALLAR

ABŞ və İsrailin hava hücumu nəticəsində həlak olan İranın keçmiş Ali Rəhbəri Əli Xameneinin nəşinin olduğu tabut İraqa gətirilib.

Jul 8, 2026 - 00:12
Xameneinin cənazəsi xüsusi reyslə İrandan çıxarıldı - DETALLAR

SAVASHMEDİA.az xəbər verir ki, cənazə xüsusi təyyarə reysi ilə İraqın Nəcəf şəhərinə aparılıb.

Nəcəf və Kərbəla şəhərlərində Xamenei ilə vida mərasimləri keçiriləcək. Mərasimlərdə iştirak edən İran nümayəndə heyətinə prezident Məsud Pezeşkian rəhbərlik edir. 

Əli Xamenei ilə vida mərasimləri iyulun 3-də Tehranda başlayıb. Onun iyulun 9-da doğulduğu Məşhəd şəhərində dəfn ediləcəyi gözlənilir.

Səlcuq