Salome Zurabişvili Vaşinqtondadır
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili ABŞ prezidenti Donald Trampın yanvarın 20-də baş tutacaq andiçmə mərasimində iştirak etmək məqsədilə Vaşinqtona səfər edib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Zurabişvilinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, səfər çərçivəsində yüksək səviyyəli ikitərəfli görüşlər də nəzərdə tutulub.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidentini Donald Trampın andiçmə mərasiminə respublikaçı konqresmen Co Uilson dəvət edib.
Xatirə SADİQ