Trampın gəlişi ərəfəsində Orbandan ruspərəst həmlə
“Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv etməlidir”.
SAVASHMEDİA.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Orbanın sözlərinə görə, bu, ABŞ-nin seçilmiş prezidenti Donald Trampın administrasiyasının gələn həftədən “yeni dövr”ə açmağa hazırlaşması ilə bağlıdır.
Macarıstanın baş naziri hesab edir ki, “sanksiyaları pəncərədən atmağın” vaxtı çatıb. “Ruslarla sanksiyasız münasibətlər yaratmaq” da lazımdır”, - deyə o, əlavə edib.
Qeyd edək ki, Orbanın rusiyayönümlü fikrini Avropada bölüşən digər siyasətçi Slovakiyanın baş naziri Robert Fitsodur. Hərçənd Fitso sanksiyaların tam ləğv olunması deyil, heç olmasa məhdudlaşdırılması uğrunda çıxış edir. O, xəbərdarlıq edib ki, Slovakiya Aİ-nin Rusiyanın nüvə enerjisinə qarşı mümkün sanksiyalarını əngəlləyəcək.
Xatirə SADİQ