G7 Şimali Koreyanı öz qoşunlarını Rusiyadan çıxarmağa çağırdı 

G7-nin və üç əsas müttəfiq ölkənin xarici işlər nazirləri Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsindən ciddi narahat olduqlarını və vəziyyətə birgə reaksiya üzərində işlədiklərini bəyan ediblər.

Nov 5, 2024 - 18:20
G7 Şimali Koreyanı öz qoşunlarını Rusiyadan çıxarmağa çağırdı 

SAVASHMEDİA.az xəbər verir ki, nazirlərin bəyanatı Yaponiya XİN-nin saytında dərc olunub. 

Nazirlər bildiriblər ki, bu, Ukraynaya qarşı döyüş meydanında istifadə oluna bilər. Onların fikrincə, KXDR-in birbaşa dəstəyi Rusiyanın itkilərini kompensasiya etmək üçün Moskvanın çıxılmaz səylərini nümayiş etdirməklə yanaşı, münaqişənin təhlükəli şəkildə genişlənməsi deməkdir. 

Nazirlər bildiriblər ki, onlar Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığın artırılmasını, o cümlədən Rusiyanın Şimali Koreyadan ballistik raketləri qeyri-qanuni almasını ən güclü şəkildə pisləyirlər.

Nazirlər KXDR-i işğalçılıq müharibəsində Rusiyaya yardımı dayandırmağa çağırıblar və Ukraynanı dəstəkləməyə sadiq olduqlarını bir daha təsdiqləyiblər. 

Qeyd edək ki, bəyanatı G7-nin üzvləri ABŞ, Yaponiya, İtaliya, Böyük Britaniya, Almaniya, Fransa, Kanada və Aİ-dən başqa, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya imzalayıb. 

Xatirə SADİQ