Serb separatçısı Moskvadadır
Bosniya və Herseqovinanın serb muxtar vilayətinin lideri Milorad Dodik həbsinə dair beynəlxalq order verildikdən sonra Moskvaya gəlib.
SAVASHMEDİA.az bu barədə TVP-yə istinadən xəbər verir.
Dodik özü “X”də yazıb ki, Moskvada naməlum əsgərin abidəsini ziyarət edib və Putinin dəvəti ilə mayın 9-da Rusiya paytaxtında olmaq niyyətindədir.
Fevral ayında Bosniya və Herseqovina məhkəməsi Dodikin barəsində separatizmə görə bir il müddətinə həbs qərarı verib. Bundan başqa, separatçıların liderinə altı il siyasi fəaliyyətlə məşğul olmaq qadağan olunub.
Keçən ay Bosniya prokurorları çağırış vərəqəsinə məhəl qoymadığına görə Dodikin həbsini tələb ediblər. Məhkəmə isə ötən həftə İnterpoldan onun beynəlxalq axtarışa verilməsini istəyib.
Lakin Dodik ölkəni tərk edərək öncə Serbiya və İsrailə, sonra isə Moskvaya yollanıb.
Xatirə SADİQ