Həmin gecə 32 kubalı ölüb, Maduronu niyə onlar qoruyurdu? - SƏBƏB

ABŞ-nin 3 yanvarda Venesuelanın Karakas şəhərində mülki və hərbi obyektlərə hərbi müdaxiləsi nəticəsində ölənlərin sayı ilə bağlı ilkin məlumatlar açıqlanıb.

Jan 7, 2026 - 01:23
Həmin gecə 32 kubalı ölüb, Maduronu niyə onlar qoruyurdu? - SƏBƏB

SAVASHMEDİA.az-ın xəbərinə görə, Venesuela mediasında itkilərlə bağlı müxtəlif rəqəmlər səsləndirilir.

Müxtəlif məlumatlara görə ən azı 40 nəfər öldürülüb. Bir başqa mənbədə isə ölənlərin ümumi sayının 80-ə çatdığı bildirilir. 

Kuba hökuməti isə sözügedən olaylarda 32 kubalı hərbçinin öldüyünü təsdiqləyib. 

Maraqlıdır, Venesuelanın oğurlanmış prezidenti Nikolas Maduronu niyə kubalılar qoruyub?

Maduronun kubalılar tərəfindən qorunmasının bir neçə siyasi, təhlükəsizlik və tarixi səbəbi var.

Venesueladakı bu ənənənin əsası Huqo Çaves dövründən qoyulub, Nikolas Maduro isə bunu dəyişməyib. Ənənəyə görə, Venesuela Kubaya neft və maliyyə dəstəyi, Kuba isə Venesuelaya təhlükəsizlik, kəşfiyyat və təşkilati yardım verib.

Amma burada Nikolas Maduronun Venesuela ordusuna etimadsızlığı da mühüm rol oynayıb. Ümumiyyətlə o, kubalılara həmvətənlərindən daha çox güvənib. O, həmişə düşünüb ki, kubalı mühafizəçilər çevriliş və ya hansısa qarışıqlığa maraqlı deyillər. Odur ki, Maduronun ətrafı demək olar ki, kubalılardan ibarət olub.

Səlcuq