Ukraynalı jurnalist İlham Əliyevi “vəziyyətin sahibi” adlandırdı
Azərbaycan prezidenti İlham Əliyevin Düşənbədə rusiyalı həmkarı Vladimir Putinlə görüşü xarici medianın diqqətini cəlb edib.
SAVASHMEDİA.az xəbər verir ki, ukraynalı jurnalist Dmitri Qordon öz teleqram kanalında Azərbaycan və Rusiya dövlət başçılarının fotosunu yerləşdirib.
Ukraynalı jurnalist Azərbaycan prezidentini “vəziyyətin sahibi”, Putini isə yalvarıcı tərzdə “mən günahkar deyiləm” ifadələri ilə xarakterizə edib.
“Kim kimdir, təsvir etməyə ehtiyac yoxdur” – deyə Qordon qısa şərhində yazıb.
Xatirə SADİQ