Macar yazıçısı Nobel mükafatına layiq görüldü
Bu il Ədəbiyyat üzrə Nobel mükafatı macar yazıçı Laslo Krasnahorkaiyə verilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Nobel Komitəsinin saytında məlumat yayılıb.
Məlumata görə, 1954-cü il təvəllüdlü ədib “apokaliptik dəhşətin ortasında sənətin gücünü təsdiqləyən cəlbedici və uzaqgörən yazılarına görə” mükafata layiq görülüb.
“Laslo Krasnahorkai böyük epik yazıçı, Kafkadan Tomas Bernharda qədər uzanan, absurdizm və qrotesk şişirtmə ilə səciyyələnən Mərkəzi Avropa ənənəsinin nümayəndəsidir”, - deyə Nobel Komitəsinin saytında vurğuklanır.
Xatirə SADİQ