Əsəd qaçarkən İranın kəşfiyyat məlumatlarını İsrailə satıb - "Təyyarəmi vurmayın"

Bəşər Əsəd Suriyanı sağ-salamat tərk etmək üçün İranla bağlı məxfi məlumatları İsrail ləşfiyyatına ötürməyə razılaşıb.

Dec 18, 2024 - 23:41
Əsəd qaçarkən İranın kəşfiyyat məlumatlarını İsrailə satıb - "Təyyarəmi vurmayın"

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Elaf” qəzeti yazıb.

Nəşrin iddiasına görə, Əsəd Avropadakı etibarlı tərəfdaşları vasitəsilə İsrail rəsmiləri ilə təmasa keçməyi bacarıb.

O, özünün və ailəsinin təhlükəsizlik zəmanəti müqabilində qiymətli kəşfiyyat məlumatlarını qarşı tərəfə verməyə razı olduğunu bildirib.

İsrailin isə Əsədddən istədiyi İran silahlı qüvvələrinin yerləşdiyi ərazilərin dəqiq təsviri olub. Təkliflə razılaşan Əsəd İranın Suriyadakı silah anbarlarının, raket buraxılış qurğularının və hərbi təyyarələrin yerləşdiyi ərazilərin xəritəsini  verib.

Məhz bundan sonra Əsədi Moskvaya aparacaq təyyarənin vurulmayacağına təminat verilib.

Oğuz