Naxçıvan deputatlarının səs-küy yaradan görüntüləri yayıldı - FOTOLAR

Naxçıvan Ali Məclisinin seminar iclasından yayılan fotolar müzakirələrə səbəb olub.

Apr 18, 2026 - 22:11
Naxçıvan deputatlarının səs-küy yaradan görüntüləri yayıldı - FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan görüntülərdə Ali Məclisin deputatlarının məktəb partalarında əyləşməsi diqqət çəkib. 

Bu qeyri-adi mənzərə istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub və görüntülər qısa müddətdə sosial şəbəkələrdə sürətlə geniş yayılıb.

Bəzi sosial media istifadəçiləri bunu qənaət nümunəsi kimi qiymətləndirsə də, əksəriyyət vəziyyəti tənqid edib. Qeyd olunub ki, bu cür şərait rəsmi tədbirlərin səviyyəsinə uyğun görünmür və qurumun imicinə mənfi təsir göstərir.

Qeyd edək ki, Naxçıvan Ali Məclisi sözügedən fotolarla bağlı hər hansı açıqlama verməyib.

Oğuz