Tramp iflic olub? – Müzakirələrə səbəb olan VİDEO

ABŞ Prezidenti Donald Trampın səhhəti yenidən gündəmə gəlib.

Nov 24, 2025 - 15:20
Tramp iflic olub? – Müzakirələrə səbəb olan VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ lideri Ağ Evdə nəvəsi ilə Amerikan futbolu oynayıb.

Ağ Ev həmin anların görüntülərini “Oval Ofisdə qısa bir fasilə, çünki o hələ də babadır” başlığı ilə paylaşıb. Trampın videosu qısa zamanda milyonlarla insan tərəfindən izlənib. ABŞ liderinin hərəkətlərindəki nizmasızlıq, yan tərəfə doğru yeriməsi və səndələməsi izləyənlərin diqqətindən yayınmayıb. Onlar Trampın ciddi nevroloji problemlərinin olduğunu, hətta iflic olduğunu bildiriblər.

Xatırladaq ki, D.Tramp səhhətindəki problemlərlə tez-tez gündəmə gəlir. ABŞ prezidentinin ayaqlarındakı daimi şişkinlik, əllərinin üstündəki qançırlar onun ciddi sağlamlıq problemləri ilə mübarizə apardığını göstərsə də, Ağ Ev bu iddiaları həmişə təkzib edib.

Banu