Kiyevdə silahlı hücum: marketdə girovlar var – 2 ölü, 5 yaralı + VİDEO

Kiyevdə bir nəfər supermarketə daxil olaraq insanları girov götürüb.

Apr 18, 2026 - 19:22
Kiyevdə silahlı hücum: marketdə girovlar var – 2 ölü, 5 yaralı + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Merin sözlərinə görə, hadisə nəticəsində iki nəfər həyatını itirib, beş nəfər yaralanıb. Hazırda silahlı şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri davam edir.

İlkin məlumatlara əsasən, terrorçu supermarketin daxilində gizlənərək vətəndaşları girov götürüb. Girovların vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə isə terrorçunun supermarket daxilində barrikada qurduğu əks olunub.

Həmin görüntüləri təqdim edirik: