Xameneidən hərbi donanmaya “hazır olun” ƏMRİ

İranın ali rəhbəri Müctəba Xamenei ölkənin hərbi dəniz qüvvələrinin tam hazırlıq vəziyyətində olduğunu bəyan edib. 

Apr 18, 2026 - 17:09
Xameneidən hərbi donanmaya “hazır olun” ƏMRİ

SAVASHMEDİA.az xəbər verir ki, açıqlama Telegram üzərindən yayılan rəsmi bəyanatda yer alıb.

O, bildirib ki, istənilən təhlükə qarşısında İran donanması rəqiblərinə növbəti dəfə ciddi zərbə endirməyə qadirdir.

Xamenei vurğulayıb ki, İran ordusu ölkənin suverenliyini, ərazi bütövlüyünü və dəniz sərhədlərini qorumaqda qətiyyətlidir. Onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələri mümkün qarşıdurma halında düşmən tərəfə ağır məğlubiyyət yaşatmaq üçün tam hazır vəziyyətdədir.

Səlcuq