Əliyevlə Putinin görüşü bir saata yaxın davam edib
Azərbaycan prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə Düşənbədəki təkbətək görüşü bir saata yaxın davam edib.
SAVASHMEDİA.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumata görə, İlham Əliyevlə Putin əvvəlcə kamera qarşısında (təxminən doqquz dəqiqə), sonra isə qeyri-rəsmi şəkildə ünsiyyət qurublar.
Bu, 2024-cü ilin dekabrında Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Azərbaycan təyyarəsinin vurulmasından sonra Əliyevin Putinlə ilk tam formatlı görüşün olub.
Xatirə SADİQ