"Putinlə Zelenski bir-birlərini həqiqətən sevmirlər" - Tramp
Amerika lideri Donald Tramp hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenskiyə mənfi münasibət bəsləyir.
SAVASHMEDİA.az teleqraf-a istinadla xəbər verir ki, jurnalistlərdən birinin Putinin Zelenski ilə niyə görüşməyə həvəsli olmadığını soruşduqda Tramp belə cavab verib: “Çünki onu sevmir”.
Amerika lideri deyib: "Mənim xoşuma gəlməyən insanlar var. Onlarla görüşməyi xoşlamıram. Bəzən bəyənmədiyim insanlarla da görüşməyi xoşlayıram".
Tramp Putin və Zelenski haqqında danışarkən “Onlar bir-birlərini həqiqətən sevmirlər” deyib.