Kişinyov rus qoşunlarının Dnestryanıdan çıxarılmasını istəyir

“Ukrayna və Avropa İttifaqı (Aİ) təhlükəsizliyi ilə bağlı danışıqlar çərçivəsində Rusiya Dnestryanıdan qoşunlarını çıxara bilər”.

Feb 14, 2025 - 17:43
Kişinyov rus qoşunlarının Dnestryanıdan çıxarılmasını istəyir

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbəbr verir ki, bunu Moldovanın baş naziri Dorin Reçan deyib. 

“Rusiyanın bu ölkə ərazisində qeyri-qanuni yerləşdirilmiş qoşunlarını çıxarması üçün nə baş verməlidir?” sualını cavablandıran baş nazir deyib ki, indi Rusiyanın bu danışıqlar prosesi çərçivəsində qoşunlarını Dnestr çayının sol sahilindən çıxarmasına səbəb ola biləcək beynəlxalq kontekst var. 

“Bəlkə də bunu mütləq dinc danışıqlar prosesində deyil, yaxın gələcəkdə bunu təsəvvür etmək çətindir. Ancaq Ukrayna və Aİ-nin yeni təhlükəsizlik arxitekturasına aid olan danışıqlar prosesində”, - deyə Reçan vurğulayıb. 

Xatirə SADİQ