Tibb bacılarına əl-qol atan keçmiş səfirlə bağlı yeni faktlar - Alkoqolikdir, qızının mağazasında...

Məlum olduğu kimi, Azərbaycanın Britaniyadakı keçmiş səfiri Rafael İbrahimov Londonda həbs olunub.

Feb 14, 2025 - 17:23
Tibb bacılarına əl-qol atan keçmiş səfirlə bağlı yeni faktlar - Alkoqolikdir, qızının mağazasında...

Buna səbəb müalicə aldığı reabilitasiya klinikasının üç qadın əməkdaşına qarşı seksual hərəkətlər etməsidir.

Hadisə 2023-cü il dekabrın 5-də sabiq səfirin klinikaya yollandığı zaman qeydə alınıb. 

Məhkəmə materiallarında qeyd olunub ki, o, həmin gün özünü aqressiv aparıb, qadın əməkdaşların bədən hissələrinə toxunub. Məlumata görə, Norveç və İsveçdə də səfir olmuş R.İbrahimov ötən il özünü ittihamın beş bəndi üzrə təqsirli bilib. 

Qeyd olunub ki, keçmiş səfir 16 ay müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda 10 il müddətinə seksual xarakterli cinayətlər törətmiş şəxslərin reyestrinə daxil ediləcək. 

SAVASHMEDİA.az isə onun səfir səlahiyyətləri başa çatdıqdan sonra İngiltərədə hansı adla qalmasına dair informasiya əldə edib.

Məlumata görə, keçmiş səfirin qızının Londonda paltar mağazası var. Rafael İbrahimov səfir səlahiyyəti başa çatandan sonra qızının paltar mağazasında rəhbər adıyla işləməsini sənədləşdirib. daha sonra isə boşanmış qızının uşaqlarına baxmaq adı ilə İngiltərədə yaşamaq icazəsi alıb. 

Onun alkoqolizmidən əziyyət çəkdiyi bildirilir. Elə hadisənin baş verdiyi klinikaya da bu asılılıqdan xilas etmək üçün müraciət edibmiş.

Xatırladaq ki, Rafael İbrahimov 2001-ci ildən 2013-cü ilə qədər Azərbaycanın Böyük Britaniyadakı, Norveçdəki, İrlandiyadakı, İsveç və Finlandiyadakı səfiri olub, 2014-cü ildə səfir vəzifəsindən geri çağırıldıqdan sonra Bakıya qayıtmaqdan imtina edib və o zamandan etibarən Londonda yaşayır. 

Oğuz

Fotoda Rafael İbrahimov