“Rus qırıcılarının vurulması masadadır” - Lyayen

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen məsuliyyətsizliklə Avropa hava məkanına soxulan Rusiya təyyarəsinin vurulma ehtimalını istisna etməyib.

Sep 25, 2025 - 14:06
“Rus qırıcılarının vurulması masadadır” - Lyayen

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avrokomissiyanın prezidenti CNN telekanalına müsahibəsində bildirib. 

“Mənim fikrimcə, ərazimizin hər kvadrat santimetrini müdafiə etməliyik. Və bu o deməkdir ki, əgər hava məkanımıza müdaxilə olarsa, o zaman – əlbəttə ki, çox aydın xəbərdarlıqdan sonra belə qırıcının vurulması variantı “masada”dır”, - deyə fon der Lyayen vurğulayıb.

Xatırladaq ki, Rusiyanın MiQ təyyarələri 19 sentyabr tarixində Fin körfəzi üzərindən Estoniya hava məkanına soxulub və 12 dəqiqə orada uçub.

ABŞ prezidenti Donald Tramp deyib ki, NATO ölkələri hava məkanını pozan Rusiya təyyarələrini vurmalıdır.

Xatirə SADİQ