Qardaşı qızı Tramp haqqında elə sözlər dedi ki... - "Əmim..."
"Əmim sevgiyə həsrətdir".
Bunu ABŞ Prezidenti Donald Trampın qardaşı qızı "Mary Trump Live" onlayn şousu zamanı deyib.
Onun fikrincə, hər kəs əmisinin özünü təsdiq etmək istəyindən əziyyət çəkir: "Donald ata sevgisinə həsrətdir. O, heç vaxt atasından sevgi görməyib".
Meri Tramp həmçinin iddia edib ki, əmisinin FİFA-nın ilk Sülh Mükafatını alması onun Nobel mükafatını arzulamasının nümunəsidir: "Tramp daha çox pul, daha çox güc, daha çox medallar, kuboklar və mükafatlar istəyir. O ümid edir ki, bütün bunlar onun ruhundaki boşluğu dolduracaq".
Meri Tramp Donald Trampın böyük qardaşı Fredin qızıdır. 1981-ci ildə atasının ölümündən sonra Merinin əmisi və əmisi uşaqları ilə münasibətləri pisləşib. 2020-ci ildə Meri əmisi haqqında bir neçə alçaldıcı ifadələr işlədib. O, "Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı?" kitabının müəllifidir. (teleqraf)