Əhmədinejadın ofisi "İsrail agenti" ittihamına cavab verdi  - "Əsl Hollivud ssenarisidir"

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın ofisi "The New York Times" qəzetində dərc olunan məqalədə yer alan iddiaları rədd edib.

Jul 14, 2026 - 12:26
Jul 14, 2026 - 12:27
Əhmədinejadın ofisi "İsrail agenti" ittihamına cavab verdi  - "Əsl Hollivud ssenarisidir"

SAVASHMEDIA.az xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, keçmiş prezidentin ofisi yaydığı bəyanatda Əhmədinejadın İsrailin kəşfiyyat xidməti Mossad ilə əlaqələri və İranın gələcək lideri kimi hazırlandığı barədə iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Bəyanatda qeyd olunub ki, məqalədə səsləndirilən iddialar tamamilə əsassızdır və "Hollivud ssenarisini" xatırladır. Ofis həmçinin Əhmədinejadın ev dustaqlığında saxlanılması barədə yayılan məlumatları da təkzib edib.

Xatırladaq ki, "The New York Times"-da dərc olunan məqalədə İsrailin uzun müddət Əhmədinejadla gizli təmaslar qurmağa çalışdığı iddia edilmişdi. 

Səlcuq