Messinin hələ də qıra bilmədiyi Dünya Çempionatı REKORDLARI

Lionel Messi dünya çempionatları tarixinin ən böyük futbolçularından biri hesab olunur. 

Jul 14, 2026 - 01:08
Messinin hələ də qıra bilmədiyi Dünya Çempionatı REKORDLARI

SAVASHMEDİA.az xatırladır ki, o, mundiallarda oyun sayı, qollar, qələbələr və assistlər üzrə bir çox rekorda sahib olsa da, hələ də qıra bilmədiyi rekordlar var.

Onları təqdim edirik:

1. Bir mundialda ən çox qol

Bu rekord hələ də Fransa millisinin əfsanəsi Jüst Fontenə məxsusdur. O, 1958-ci il dünya çempionatında 13 qol vurub.

Messinin bir mundialda ən yaxşı göstəricisi isə 2022-ci ildə vurduğu 7 qol olub.

2. Dünya çempionatının final oyunlarında ən çox qol

Bu rekord hazırda Kilian Mbappeyə məxsusdur. Fransa ulduzu mundial finallarında 4 qol vurub.

Messinin aktivində isə final oyunlarında 2 qol var.

3. Bir mundialda bütün oyunlarda qol vurmaq

Braziliyalı əfsanə Jairzinyo 1970-ci ildə iştirak etdiyi bütün oyunlarda qol vuraraq unikal rekord müəyyənləşdirib.

Messi bir neçə mundialda parlaq çıxış etsə də, bütün oyunlarda fərqlənmək ona nəsib olmayıb.

4. Dünya çempionatında ən erkən qol

Bu rekord Hakan Şükürə məxsusdur. Türkiyə millisinin sabiq hücumçusu 2002-ci ildə Cənubi Koreyaya qarşı oyunun 11-ci saniyəsində fərqlənərək bu rekordu müəyyənləşdirib. Aradan 24 il keçsə də, rekord hələ də qırılmayıb.

5. Bir mundialda ən çox qol ötürməsi

1986-cı ildə Dieqo Maradona bir dünya çempionatında 8 məhsuldar ötürmə ilə rekord müəyyənləşdirib.

Messi mundial tarixinin ən yaxşı assist müəlliflərindən biri olsa da, bir turnirdə bu göstəriciyə çata bilməyib.

Qeyd edək ki, Messi buna baxmayaraq Dünya Çempionatları tarixində ən çox oyun keçirən, ən çox qələbə qazanan, ən çox dəqiqə meydanda olan, beş fərqli mundialda assist edən yeganə futbolçu və ən çox "Oyunun ən yaxşısı" mükafatı alan futbolçu kimi bir çox rekordun sahibidir.

Səlcuq