24 ildir heç kim TÜRKÜN rekordunu qıra bilmir - Mundial tarixinin ən erkən qolu + VİDEO
2002-ci il iyunun 29-da futbol üzrə Dünya Çempionatının üçüncü yer uğrunda keçirilən Türkiyə - Cənubi Koreya oyunu dünya futbol tarixinə yeni rekord göstəricisi ilə düşüb.
SAVASHMEDIA.az xəbər verir ki, qarşılaşmaya Cənubi Koreya millisi başlasa da, İlhan Mansızın uğurlu pressinqi nəticəsində topu ələ keçirən Hakan Şükür fürsəti qaçırmayaraq hesabı açıb.
Beləliklə, Hakan Şükür dünya çempionatları tarixinin ən erkən qoluna imza atıb. İlk vaxtlar qolun matçın 9-cu saniyəsində vurulduğu bildirilsə də, sonradan aparılan rəsmi hesablamalar nəticəsində topun qapıdan 11-ci saniyədə keçdiyi dəqiqləşdirilib.
Aradan 24 il keçməsinə baxmayaraq, Hakan Şükürün bu rekordu hələ də yenilənməyib.
Xatırladaq ki, həmin qarşılaşma Türkiyə millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Türkiyə yığmasının qollarını Hakan Şükür və iki dəfə İlhan Mansız vurub. Cənubi Koreya millisinin heyətində isə Lee Eul Yong və Song Chong Gug fərqləniblər.
Dünya çempionatları tarixinin ən erkən 5 qolu
Hakan Şükür (Türkiyə) – 11-ci saniyə (2002, Cənubi Koreyaya qarşı)
Vatslav Maşek (Çexoslovakiya) – 15-ci saniyə (1962, Meksikaya qarşı)
Ernst Lener (Almaniya) – 25-ci saniyə (1934, Avstriyaya qarşı)
Brayan Robson (İngiltərə) – 27-ci saniyə (1982, Fransaya qarşı)
Klint Dempsi (ABŞ) – 30-cu saniyə (2014, Qanaya qarşı)
Səlcuq
Посмотреть эту публикацию в Instagram