"Port Baku"da aylığı 5 minə ev, dəbdəbəli ofis - Santuş AFFA-ya neçəyə başa gəlir?
Millinin baş məşqçisi Fernandu Santuş AFFA-nı böyük miqdarda xərcə salıb.
Bu ilin iyununda 4 illik müqaviləyə imza atan portuqaliyalı mütəxəssis federasiya binasında onun üçün nəzərdə tutulmuş iş otağını bəyənməyib.
70 yaşlı çalışdırıcı ondan qabaq yığmanın sükanı arxasında dayanmış Canni De Byazinin 3 il ərzində əyləşdiyi kabineti özünə yaraşdırmayıb.
Santuş birinci mərtəbədəki "hücrə"ni beşinci qatda daha geniş otağa dəyişib. Bundan başqa, oranı müxtəlif texniki avadanlıqlarla "bəzətdirib".
AFFA-nın "Port Baku"da 5 min manata kirayələdiyi 4 otaqlı mənzildə qalan baş məşqçi burada olduğu müddətdə gündəlik qurumun binasına baş çəkir.
Səhər saatlarında otağına gələn sabiq «Beşiktaş»lı əksər hallarda iş saatının axırınadək oradan bayıra çıxmır. (sportinfo.az)