"Qarabağ" UEFA-nın bu tələbinə əməl etməyə MƏCBURDUR - Yeni komanda yaradılır
Avropa meydanlarında ölkəmizi layiqincə təmsil edən "Qarabağ" klubu yaxın vaxtlarda özünün qadın futbol komandasını yaradacaq.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb UEFA-nın klubların lisenziyalaşdırılması üzrə yeni və sərt tələbidir.
Reqlamentə əsasən, Avrokuboklarda mübarizə aparan hər bir klubun nəzdində mütləq qadın komandası və ya akademiyası fəaliyyət göstərməlidir.
Ağdam təmsilçisi bir neçə mövsüm idi ki, bu strukturun olmamasına görə müvafiq maliyyə cərimələri ödəyərək vaxt qazanırdı. Lakin UEFA-nın güzəşt müddəti artıq başa çatıb.
İndi klub ya sıfırdan yeni heyət yığmalı, ya da fəaliyyət göstərən qadın futbol klublarından birini öz tərkibinə qatmalıdır.
Aytən