İmamoğluya görə həbs olunan cüdoçu DANIŞDI
Türkiyəli paracüdoçu Taylan İnce İBB sədri Əkrəm İmamoğluya görə milli komandadan uzaqlaşdırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, 29 gün həbsdə yatan idmançı ODTÜ-nün (Orta Doğu Teknik Üniversitesi) tələbəsidir.
Taylan İnce bildirib ki, məqsədi sadəcə sosial məsuliyyətini yerinə yetirmək olub, ancaq qarşılığında milli komandadan qovulub:
“19 mart əməliyyatları nəticəsində həbs olunanlar və bu həbslərə etiraz etdiklərinə görə saxlanılan tələbələrin azad edilməsi üçün edilən yürüşlərdən birinə qatıldım. Yürüş müddətində də fikirlərimi sosial şəbəkə vasitəsilə paylaşdım. Hər şey bundan sonra başladı. Nazirlikdəki bəzi idarəçilər və bəzi milli komanda yoldaşlarım soyuq davranmağa başladı. Hətta məni izləmədən çıxaranlar da oldu, milliliyin gedər deyənlər də. Bir müddətdən sonra heç bir xəbərdarlıq edilmədən milli komandanın əlaqə qruplarından çıxarıldım. Bu vəziyyətə etiraz etməklə yanaşı yürüyüşdə iştirak etmək səbəbimi də açıqladım. Əvvəlcə münasibət normal idi, ancaq sonra bütün əlaqələr kəsildi. Milli komanda tərkibində Qazaxıstanda keçiriləcək yarışlara qatılmağım üçün dəvət də göndərmədilər”.
İdmançı həbsə atılma səbəbini və həmin vaxt keçirdiyi hissləri belə açıqlayıb:
“6 martda Ankarada Konur küçəsində toplaşdıq. Məqsədimiz həbs edilən tələbələrin azad edilməsini tələb etmək idi. Orada müxtəlif təbəqələrdən, müxtəlif peşə sahibləri toplaşmışdı. Dinc aksiya keçirirdik. Polislərdən biri xanım aksiyaçıya şiddət göstərdi. Xanıma dəstək olmaq üçün əlini buraxmadım. Nəticədə mən də döyüldüm.Təpikləndim, başımdan zərbə aldım. İki gün sonra həbs olundum, 29 gün həbsdə yatdım. Günahım nə idi bilmirəm. Bildiyim tək bir şey var, haqsızlığa qarşı olduğumu göstərmək üçün orada idim. Həyatımda yeni və ağır səhifə açıldı. Milli komandadan atıldım. İdmanla məşğul olmaq hüququm, bütün illərlə çəkdiyim zəhmət bir anda əlimdən alındı.Bu duruma görə əsəbi deyiləm, amma incimişəm. Çünki mən səhv heç nə etməmişdim. Mübarizəm tatamidəki kimi küçələrdə də davam edir. Bu ölkədə idman təkcə medal qazanmaqla ölçülməməlidir. Bəzən əsl mübarizə səsini itirmədən küçələrdə, meydanlarda olmaqdır”.
Banu