İlber Ortaylının əşyalarını "ikinci əl" satışa çıxaran QIZINDAN AÇIQLAMA - Etirazlara cavab
Mərhum tarixçi İlber Ortaylının şəxsi əşyalarının ikinci əl satış platformalarında satışa çıxarılması Türkiyədə etirazlara səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, elanlarda bəzi əşyaların üzərində İlber Ortaylının adının qeyd olunması və onların tarixçiyə məxsus olduğunun vurğulanması istifadəçilərin diqqətini cəlb edib.
Bir çox sosial media istifadəçisi belə əşyaların muzeyə və ya universitetə bağışlanmalı olduğunu bildirərək satış qərarını tənqid edib.
Bundan sonra isə tarixçinin qızı Tuna Ortaylı atasına məxsus bəzi əşyaları satışa çıxardığını etiraf edib. O bildirib ki, atasına məxsus çay fincanları, vazalar, dekorativ əşyalar və digər məişət əşyalarını ikinci əl satış qruplarına təklif edib.
Tuna Ortaylı açıqlama verərək bildirib ki, satışdan əldə olunacaq vəsait TEMA Vəqfi nəzdində atası İlber Ortaylının adına salınacaq xatirə meşəsinin saxlanmasına sərf ediləcək. O, həmçinin atasının minlərlə kitabının, şəxsi arxivinin, əlyazmalarının, iş masasının və digər elmi irsinin satılmadığını, onların qorunduğunu vurğulayıb.
Oğuz