Almaniya kansleri milyarderin "təhqirini uddu"
Almaniya kansleri Olaf Şolts amerikalı milyarder İlon Maskın sözlərini şərh etməyi özünə borc hesab etmədiyini söyləyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “t-online” məlumat yayıb.
“O, (Mask – red) dövlət başçısı deyil”, - deyə Şolts vurğuıayıb.
“Maskın mesajına görə qıcıq hiss etmirmi?” sualına alman kansleri belə cavab verib: “Bu, mənə şərəf gətirir”.
Qeyd edək ki, ötən həftə Şolts hökumətinin parçalanması ilə bağlı xəbərləri şərh edən Mask “X” platformasında alman dilində yazıb: “Olaf ist ein Narr” (“Olaf axmaqdır”).
Almaniya hökumətinin spiker müavini Kristian Hoffmann buna belə reaksiya verib: “Bu, sadəcə olaraq “X”də söz azadlığıdır”.
Xatirə SADİQ