İnfantino AFFA-ya üzrxahlıq məktubu göndərdi - SƏBƏB
FİFA prezidenti Canni İnfantino uğursuz investor planı ilə bağlı yaranan narazılıqdan sonra təşkilata üzv olan 211 milli futbol federasiyasından, o cümlədən AFFA-dan üzr istəyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilir ki, FİFA Dünya Çempionatının kommersiya hüquqlarını idarə edəcək yeni qurumun payının özəl investorlara satılması planını UEFA və digər futbol qurumlarının sərt etirazlarından sonra geri götürüb.
İnfantino isə layihənin idarə olunmasında yol verilən səhvləri etiraf edərək federasiyalara üzrxahlıq məktubu göndərib.
Oğuz