Ronaldo üçün ağır keçən 90 dəqiqə - 18 il əvvələ qayıtdı
Portuqaliya UEFA Millətlər Liqası çərçivəsində baş tutan oyunda Norveçə 2:1 hesabı ilə qalib gəlib.
SAVASHMEDİA.az xəbər verir ki, oyunla bağlı diqqətçəkən məqam Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun 90 dəqiqə ərzində ehtiyat oyunçular skamyasında oturması olub.
41 yaşlı hücumçu sonuncu dəfə 15 iyun 2008-ci ildə İsveçrə ilə keçirilən matçda 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib. Beləliklə, K.Ronaldo 18 ildən sonra eyni vəziyyətlə üzləşib.
Qeyd edək ki, qarşılaşmada hesabı 17-ci dəqiqədə Joao Feliks açıb. Norveçin ulduz futbolçusu Erlinq Haaland 51-ci dəqiqədə hesabı bərabərləşdirib. Portuqaliya üç dəqiqə sonra Qonsalo Ramosun qolu ilə yenidən önə keçib. Nəticədə, Portuqaliya UEFA Millətlər Liqasında ikinci matçdan da qalib ayrılıb və xallarının sayını 6-ya çatdırıb. Norveçin hesabında isə 3 xal var.
Banu