Son anda arvadı icazə verməyib - Ali Koçdan baş məşqçi açıqlaması

“Fənərbaxça”nın prezidenti Ali Koç yeni baş məşqçi məsələsi ilə bağlı açıqlamalar verib.

Sep 7, 2025 - 20:54
Son anda arvadı icazə verməyib - Ali Koçdan baş məşqçi açıqlaması

SAVASHMEDİA.az xəbər verir ki, o, bir nömrəli alternativinin Luçiano Spalletti olduğunu etiraf edib:

"Amma onunla bağlı planlarımız alınmadı. Uzun danışıqlar apardıq, artıq "hə" cavabına yaxın idik, amma alınmadı. Ailəsi ilə birlikdə qərar verdi ki, bu mövsüm çalışmasın. Hazırda 3-4 xarici mütəxəssislə danışırıq. Seçimimiz yerli mütəxəssis olarsa, bu, İsmail Kartal olacaq. Lakin onun gəlişini istəməyənlər də var". 

Ali Koç niyə xarici məşqçilərə üstünlük verdiyinə aydınlıq gətirib: "Hər oyunda 11 futbolçudan təxmini 8-9-u legioner olacaq. Ona görə də ulduzların idarə olunması, Avropa təcrübəsi çox önəmlidir. Asan qərar deyil. Bir-iki günə kimisə açıqlayacağıq. Yerli də, əcnəbi də namizədlərimiz var. Hər birinin üstünlükləri və çatışmazlıqları mövcuddur".

Xatırladaq ki, ötən ayın sonunda Joze Mourinyo "Fənərbaxça"nın baş məşqçilik vəzifəsindən istefaya göndərilib. Türkiyə mediasının yazdığına görə, buna səbəb komandanın uğursuz nəticələri olub. İstanbul təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya uduzaraq mübarizəni dayandırıb.

Oğuz