"Ehtiram Quliyev "Turan"dan getsə, mən də gedəcəyəm" - Həsən Zeynalov

“Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov klubda İdarə Heyətinin sədri Ehtiram Quliyevi əvəzləyəcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Oct 20, 2026 - 15:01
"Ehtiram Quliyev "Turan"dan getsə, mən də gedəcəyəm" - Həsən Zeynalov

SAVASHMEDİA.az xəbər verir ki, o, klubun İdarə Heyətinin sədri postunu tutacağı barədə yayılan xəbərlərin həqiqəqətə uyğun olmadığını söyləyib:

“Bu vəzifəyə Ehtiram müəllim tərəfindən təyin olunmuşam. O, nə qədər buradadır, mən də buradayam. Nə vaxt getsə, mən də onunla gedəcəm”.