Facebook-da nə baş verir? - Qlobal ÇÖKÜŞ
Dünyanın ən populyar sosial şəbəkələrindən olan Facebook-un işində qlobal nasazlıq yaranıb.
SAVASHMEDİA.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində minlərlə istifadəçi hesablarına daxil olmaqda problem yaşadıqlarını bildirib.
Əsasən veb-versiyada müşahidə olunan nasazlıq zamanı istifadəçilərin qarşısına belə bir xəbərdarlıq çıxır:
"Hesaba müvəqqəti olaraq giriş mümkün deyil. Saytdakı nasazlıq səbəbindən hazırda hesabınıza giriş etmək mümkün deyil. Bu problemin qısa müddətdə həll olunacağını ümid edirik. Xahiş edirik, bir neçə dəqiqə sonra yenidən cəhd edin".
Məlumatlara görə, bəzi istifadəçilərdə mobil tətbiq normal işləsə də, brauzer üzərindən giriş zamanı sistem yönləndirmə xətası verir. Problemlə bağlı şikayətlərin sayı qısa müddətdə kəskin artıb.
Meta şirkəti isə hələlik nasazlığın səbəbi ilə bağlı rəsmi açıqlama verməyib.
Aytən