Tramp Putinlə elə fotosunu paylaşdı ki... - Hansı mesajı verdi?
ABŞ prezidenti Donald Tramp “Könüllülər koalisiyası”nın iclasında Avropa liderləri ilə söhbətindən sonra Rusiya lideri Vladimir Putinlə Alyaska sammitində çəkilmiş birgə fotosunu paylaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin səmada uçduğunu əks etdirən iki fotonu “Truth Social” sosial şəbəkəsində yerləşdirib.
İlk fotoda dövlət başçılarının səmaya baxdıqları əks olunub. Bu foto iki lider qarşılanma mərasimi zamanı qırmızı xalçadan enərkən çəkilib.
İkinci fotoşəkildə isə bu təyyarələrin parad quruluşu göstərilir: B-2 bombardmançısının rəhbərlik etdiyi V tipli dörd F-35 qırıcısı.
Tramp bu fotolarla bağlı heç bir şərh və ya izahat verməyib.
Xatırladaq ki, Tramp ötən gün "Könüllülər koalisiyası" ölkələrinin liderləri ilə telefon danışığı zamanı avropalıları Rusiya neftini almaqda və bununla da Ukraynaya təcavüzü dolayısı ilə maliyyələşdirməkdə ittiham edib.
Bir çox ekspertlər Trampın həmin danışıqlardan dərhal sonra bu fotoları paylaşmaqla Rusiya liderinə güc dili ilə danışa biləcəyi mesajını verib.
Oğuz