Ayxan Abbasovdan məğlubiyyət şərhi - "Bir dəqiqə də dözə bilsəydik"
“Bu cür komandalarla təcrübə yığmaq lazımdır. Futbolçularıma bu oyunda göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm”.
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis gərgin keçən qarşılaşmanı belə şərh edib: “Oyunun çətin keçəcəyini bilirdik. Rəqib çox ciddi hazlrlaşmışdı. Azarkeş dəstəyinə, ilk dəqiqələrdən rəqibon pressinqinə hazır idik. İlk hissənin sonuna bir dəqiqə qalmış dözə bilsəydik, bəlkə ikinci yarı daha fərqli keçərdi. Amma rəqibin ustalığı yüksək səviyyədə idi”.
Səlcuq