Mourinyonun səhhətində problem yarandı - Türkiyədən gedir
Türkiyənin "Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo əməliyyat üçün bu həftəsonu ölkə xaricinə yollanacaq.
Portuqaliyalı mütəxəssisin səhhəti ilə bağlı problem dəqiqləşdirilməyib.
Qeyd edək ki, "Fənərbağça" son dörd oyunu qələbəsiz başa vurub. Komanda hazırda Super Liqanın turnir cədvəlində 36 xalla ikinci yerdə qərarlaşıb.