“Polat” doğum gününü oğulları ilə qeyd etdi - FOTOLAR
Türkiyənin məşhur aktyoru Necati Şaşmaz 5 gün öncə qeyd etdiyi doğum günündən fotolar paylaşıb.
SAVASHMEDİA.az xəbər verir ki, aktyorun paylaşdığı şəkillərdə oğulları və şirkəti “PANA Film”in əməkdaşları yer alıb.
N.Şaşmaz övladları və dostlarının əhatəsinə doğum günü tortunu kəsib.
Qeyd edək ki, Necati Şaşmaz Türkiyənin reytinq rekordları qıran, fenomen serialı “Kurtlar Vadisi”ndə oynadığı baş rol obrazı “Polat Alemdar”la tanınıb və sevilib.
Xatırladaq ki, “Kurtlar Vadisi” serialı 2003-2005-ci illərdə yayımlanıb. Daha sonra “Kurtlar Vadisi Pusu” (2007-2016) serialı çəkilib. Aktyor 12 dekabr 2012-ci ildə Nagehan Kaşıkçı ilə ailə qurub. Cütlük 2021-ci ildə boşanıb. Aktyorun bu evlilikdən Ali Nadir və Yunus Emir adlı iki oğlu var.
Banu