“Buna görə 16 il həbs yatmazlar...” – Tatlısesi başından vuran Uçmak + FOTO

Müğənni İbrahim Tatlısesə sui-qəsd cəhdindən həbsdə olan Abdullah Uçmak bəraət tələb edib.

Dec 15, 2025 - 15:02
Dec 15, 2025 - 15:10
“Buna görə 16 il həbs yatmazlar...” – Tatlısesi başından vuran Uçmak + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə A.Uçmakın sosial media hesabından edilən paylaşımda bildirilib.

“Bu ölkədə heç kim yaralamaya görə, 16 il həbsxanada yatmayıb. Azadlığımı istəyirəm” – A. Uçmak qeyd edib.

Xatırladaq ki, müğənni İbrahim Tatlıses 14 mart 2011-ci ildə silahla başından vurulub. Abdullah Uçmak hadisədən 2 gün sonra - 16 martda saxlanılıb. Ona 30 il həbs cəzası verilib.

Banu

Fotoda: Abdullah Uçmak